Qaxda narkotik tərkibli bitkilər becərən şəxs tutulub

Qaxda narkotik tərkibli bitkilər becərən şəxs tutulub
# 06 iyun 2018 14:55 (UTC +04:00)

Qax rayonunda narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Qax rayonu Tasmalı kənd sakini Ümidvar Yusifovun kəndin ərazisindəki bağ sahəsində əməliyyat-axtarış tədbiri keçirilib.

Tədbir zamanı Ümidvar Yusifov bağında əkdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb. Polis əməkdaşları oradan 310 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkarlayaraq götürüblər.

Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq məqsədilə əkdiyini bildirib.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR