Dağıstanda polis əməkdaşlarına hücum edən 3 şəxs öldürülüb

Dağıstanda polis əməkdaşlarına hücum edən 3 şəxs öldürülüb
# 19 avqust 2015 22:51 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Dərbənd və Tabasaran rayonlarının sərhədində polis naryadına silahlı hücum törədilib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan DİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, atışma zamanı hücum edən şəxslər öldürülüb.

“Avtomobildə olan şəxslər polis naryadına atəş açıb, atışma zamanı hücum edən şəxslər öldürülüb, avtomobildə yanğın baş verdiyindən onların dəqiq sayı hələlik müəyyən edilməyib. Hadisə yerinə əməliyyat-istintaq briqadası göndərilib”, deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, polis əməkdaşları atışmadan əvvəl avtomobili yoxlamaq məqsədilə dayandırmağa çalışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR