“ExpressPay” ödəniş terminallarına Connect TV və internet üzrə ödəmələr əlavə olunub

“ExpressPay” ödəniş terminallarına Connect TV və internet üzrə ödəmələr əlavə olunub
# 28 oktyabr 2014 07:35 (UTC +04:00)

Bakı - APA-Economics. “ExpressPay” ödəniş terminallarına Connect TV rəqəmsal yayımlı kabel televiziyası və Connect İnternet provayderi üzrə ödəmələri əlavə olunub. Artıq müştərilər bu şirkətin xidmətlərini asanlıqla həyata keçirə bilərlər.

“Expressbank”dan “APA-Economics”ə verilən məlumata görə, hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “Bakcell” və “Nar Mobile” mobil operatoru, “AzərEnerji” kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri, “Azərsu”, “KATV1”, “SNTV” (Sumqayıt) və “Ailə” rəqəmsal yayımlı kabel televiziyası və İnternet provayderi, “Data plus” və “Qlobal Networks” İnternet provayderləri üzrə ödənişləri, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.


Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, internet provayderlər və s. nəzərdə tutulur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı və 100-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR