QAT üzvləri Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı aclıq aksiyasına başlayıb - FOTO

QAT üzvləri Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı aclıq aksiyasına başlayıb - <span style="color: red;">FOTO
# 14 noyabr 2014 10:25 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin talelərinə beynəlxalq təşkilatların biganəliyi etiraz olaraq aclıq aksiyasına başlayıb.

Təşkilatdan APA-ya verilən məlumata görə, aksiya iştirakçıları BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqını, Minsk qrupunu işğalçı Ermənistanın bu qanunsuz hərəkətlərinə, girovlara işgəncə verilməsinə, saxta “məhkəmə prosesi”nə dözməməyə, biganəliyə son qoyaraq günahsız insanları erməni cinayətkarlarının əlindən almağa çağırır, həmçinin Azərbaycan hakimiyyətindən girovları xilas etmək üçün ən radikal addımları atmağı tələb edir: “Aksiyaya ilk olaraq QAT sədri Akif Nağı, idarə heyətinin üzvü Nəsib Cəfərov, Ali Məclis üzvləri Tahir Bayramov, Rəhman Cəfərov və digərləri qoşulublar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR