Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə iştirak etməyəcəklər

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə iştirak etməyəcəklər
# 07 avqust 2014 08:23 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “Armenpress” ABŞ-ın Ermənistandakı səfirliyinə istinadən xəbər yayıb.


Səfirlikdən bildiriblər ki, həmsədrlərin Soçiyə səfəri gündəmdə deyil.



Xatırladaq ki, 8-9 avqust tarixlərində Soçidə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü nəzərdə tutulub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hər iki prezident Soçidə Vladimir Putunlə ayrı-ayrılıqda görüşəcəklər.

Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü ötən il noyabrın 19-da Vyanada keçirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR