ARDNŞ prezidenti yeni mənzillərin açarlarını və orderlərini neftçilərə təqdim edib

ARDNŞ prezidenti yeni mənzillərin açarlarını və orderlərini neftçilərə təqdim edib
# 11 oktyabr 2014 11:43 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Bünyadzadə və 28 May küçələrində neftçilər üçün inşa edilmiş 5 yeni yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev çıxış edib.

APA-Economics”in xəbərinə görə, binaların tikintisinə 2013-cü ilin yanvar ayından başlanıb və Bünyadzadə küçəsi 7 ünvanında istifadəyə verilən yeni 9 mərtəbəli bina 2 blokdan, 64 mənzildən ibarətdir. Hər biri 32 ədəd 2 otaqlı və 3 otaqlı mənzillərdən ibarət binanın ümumi sahəsi 5 945,92 kv.m., yaşayış sahəsi isə 2600,96 kv.m. dir.

28 May küçəsində yerləşən 9 mərtəbəli 4 yaşayış binasının isə ümumi sahəsi 23 815, 78 kv.metrdir ki, bunun da 10 099 kv.metri yaşayış sahəsidir.

Bu binalarda ümumilikdə 27 ədəd bir otaqlı, 97 ədəd 2 otaqlı, 97 ədəd 3 otaqlı və 27 ədəd 4 otaqlı mənzillər var.

Binalar su, elektrik xətləri və təbii qazla təchiz edilib, tam təmirli mənzillər isə, mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub.

Rövnəq Abdullayev yeni mənzillərin açarlarını və orderlərini neftçilərə təqdim etdikdən sonra onlara firavan həyat arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR