İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb

İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb
# 13 oktyabr 2014 09:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 221.3 maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Elşad Şirvan oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş Edqar Bəhmən oğlu Əmirovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman, gətirdiyi sovqatdakı kartofun içərisində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR