Balakəndə üç nəfər göbələkdən zəhərlənib - VİDEO

Balakəndə üç nəfər göbələkdən zəhərlənib - <span style="color: red;">VİDEO
# 14 oktyabr 2014 08:27 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda üç nəfər göbələkdən zəhərlənib. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən şəhər sakini, 1991-ci il təvəllüdlü Gülmira Rəfail qızı Qarayeva, rayonun Tülü kənd sakini, 1982-ci il təvəllüdlü, Zeynəb Əhməd qızı Bayramova və rayonun Qazma kənd sakini, 1972-ci il təvəllüdlü Əzizə Rəşid qızı Rəşidova oktyabrın 13-ü axşam saatlarında zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Həkim araşdırması və müayinəsindən sonra məlum olub ki, hər üç şəxs göbələkdən zəhərlənib. Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir və müalicələri xəstəxananın yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.

Gülmira Qarayevanın vəziyyəti nisbətən ağır olduğu üçün Respublika Toksikoloji Mərkəzinə göndəriləcək.

Qeyd edək ki, son 4 gündə Zaqatalada rayonunda da iki nəfər göbələkdən zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR