“Lokomotiv” klubuna texniki məğlubiyyət verilib

“Lokomotiv” klubuna  texniki məğlubiyyət verilib
# 09 dekabr 2014 11:27 (UTC +04:00)

Bakı – APA. Azərbaycan çempionatının I divizionunun XIV turunun yarımçıq qalan oyunu ilə bağlı qərar verilib. Apasport.az saytının məlumatına görə, ilk 45 dəqiqədən sonra davam etdirilməyən “Ağsu” – “Lokomotiv” matçında baş verənləri araşdıran AFFA-nın İntizam Komitəsi qonaq komandanı cəzalandırıb.

“Lokomotiv” matçın ilkin protokolunda start heyətində 11 nəfərin adını göstərsə də, meydançaya 7 futbolçu ilə çıxıb. Oyunun gedişində paytaxt təmsilçisinin üzvlərindən biri zədələnib.

Bununla, yetərsay təmin olunmadığından qarşılaşma davam etdirilməyib. Nəticədə “Lokomotiv” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR