Əbülfəs Qarayev: “Azərbaycan dünya turizm bazarında özünəməxsus yer tutur” - FOTOSESSİYA

Əbülfəs Qarayev: “Azərbaycan dünya turizm bazarında özünəməxsus yer tutur” - <span style="color: red;">FOTOSESSİYA
# 26 sentyabr 2014 11:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda Dünya Turizm Gününə həsr olunmuş konfrans keçirilib.

APA - nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 1980-ci ildən bəri hər il dünyada qeyd olunan 27 sentyabr Ümumdünya Turizm Günü ilə bağlı ənənəvi olaraq konfrans keçirilir, görülən işlər haqqında hesabat verilir və yeni layihələr təqdim edilir.

“Bu il bizim üçün işgüzar il oldu. Azərbaycan ilk dəfə olaraq Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinə üzv olaraq ölkəmizdə komissiya iclasının keçirilməsinə müvəffəq oldu. Qeyd etmək istəyirəm ki, Azərbaycanda turizm şirkətlərinin, otellərin sayı artmaqdadır. 35 min yataq yeri olan potensialımız mövcuddur. Otellərin lisenziyalaşması prosesi artıq internet vasitəsi ilə aparılır”, - deyə o vurğulayıb.

Nazir əlavə edib ki, yayda keçirilən monitorinqlərin nəticələrinə əsasən, bölgələrdə 2 və 3 ulduzlu otellərin fəaliyyətinə uyğun qiymət və xidmət tarazlığı müşahidə olunub: “Əlbəttə ki, bu bizi sevindirir. Azərbaycan artıq dünya turizm bazarında özünəməxsus yer tutur. Amma bu nəticələrlə qane ola bilmərik, qarşıda çox ciddi işlər görüləcək. Artıq Azərbaycan dünya turizm bazarında kiçik də olsa, öz yerini formalaşdırmaqdadır”.

Tədbirdə "Ölkəmizi tanıyaq", "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" layihələri ilə bağlı çıxışlar olub, Azərbaycanda yeni yaradılmış "City Sightseeing Baku" şirkətinin yerli və xarici qonaqlara göstərdiyi xidmət haqqında danışılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR