Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb
# 30 oktyabr 2014 15:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 177.3.3; 178.3.3; 180.3.3; 66.3 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Zəhra Süleyman qızı Xasanovanın yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Surac Torun oğlu Məmmədovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman gödəkcəsinin sol cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd “Cin” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR