Gəncədə qadın intihara cəhd edib

Gəncədə qadın intihara cəhd edib
# 27 noyabr 2014 10:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini 26 yaşlı Aygün Bağırova ağır dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olub. Tibbi yardım nəticəsində A.Bağırovun vəziyyəti normallaşıb. Qadın hüquq-mühafizə orqanlarının əməkdaşlarına həyat yoldaşının işgəncələrinə dözə bilmədiyi üçün 35 ədəd müxtəlif həblər qəbul edərək özünü öldürmək istədiyini bildirib. A. Bağırovun sözlərinə görə əri, 1984-cü il təvəllüdlü, bir dəfə məhkumluq həyatı yaşayan həyat yoldaşı Mehman Həsənov mütəmadi olaraq onu döyərək hədə-qorxu gəlir və onun ünvanına nalayıq sözlər söyləyir. Hazırda polis əməkdaşları M. Həsənovun yerini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı toplanmış materiallar Gəncə şəhər Prokurorluğuna göndərilib, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR