“Dübəndi” Neftaşırma sahəsində ölüm faktı qeydə alınıb

“Dübəndi” Neftaşırma sahəsində ölüm faktı qeydə alınıb
# 19 avqust 2014 12:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ərazisində ölüm faktı qeydə alınıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 11:00 radələrində ARDNŞ-in Neft Kəmərləri İdarəsinin “Dübəndi” Neftaşırma sahəsindəki 13B neft çənləri parkında podrat müqaviləsi əsasında işləyən “İlqar-NNT” MMC-nin əməkdaşı Həsənov Fərid Eldar oğlu RVS-5000 tipli 5 nömrəli çənin içərisində qum şırnağı ilə təmizləmə işləri aparan zaman ayaqaltı aşıb və o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hazırda hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi haqqında məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR