Qırğızıstan prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib

Qırğızıstan prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib
# 28 oktyabr 2014 16:52 (UTC +04:00)

Bakı – APA. Qırğızıstan prezidenti Almazbek Atambayev Bişkekdə türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib.

APA-nın AzərTAc-a istinadən verilən məlumata görə, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, müavini Adaxan Madumarov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, habelə Türkiyə, Qazaxıstan, Qırğızıstan ağsaqqallar şuralarının sədrləri iştirak ediblər.

Söhbət zamanı türk dövlətləri arasında mədəni-humanitar sahədə əməkdaşlığın müxtəlif aspektləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin mədəni irsinin qorunması və inkişafı sahəsində gələcək fəaliyyət planı müzakirə olunub.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdə keçirilən yığıncağı haqqında ətraflı məlumat verilib, İssık-Kulda baş tutan birinci Dünya Köçəri Oyunlarının türkdilli dövlətlər arasında mədəni dialoqun inkişafında böyük rol oynadığı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR