Bank Of Baku

Viktor Yuşşenko Azərbaycana işgüzar səfərinin planını hazırlamaq üçün fərman imzalayıb

Viktor Yuşşenko Azərbaycana işgüzar səfərinin planını hazırlamaq üçün fərman imzalayıb
# 23 iyun 2008 14:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycana işgüzar səfəri və GUAM-ın üçüncü sammitində iştirak etmək üçün Gürcüstana səfərinin hazırlanması haqqında fərman imzalayıb. APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı bu səfərlərin lazımi səviyyədə hazırlanması üçün Nazirlər Komitəsinə plan tərtib etməyi tapşırıb.
Qeyd edək ki, V. Yuşşenko iyunun 30-da Bakıya gələcək. O, Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılış mərasiminə qatılacaq. Səfər zamanı prezidentlər ikitərəfli əlaqələri, xüsusən enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Səfər çərçivəsində Azərbaycanda Ukrayna Mədəniyyət Günlərinin rəsmi açılışı da olacaq. Mədəniyyət Günlərinin özü isə payızda keçiriləcək. V. Yuşşenko GUAM-ın 3-cü sammitinə qatılmaq üçün Bakıdan Batuma yola düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR