Bank Of Baku

Andres Herkel: “Cənubi Qafqaz ölkələrində siyasi məhbuslar üzrə ümumi məruzəçinin təyin olunması real deyil”

Andres Herkel: “Cənubi Qafqaz ölkələrində siyasi məhbuslar üzrə ümumi məruzəçinin təyin olunması real deyil”
# 23 iyun 2008 14:19 (UTC +04:00)
O, sabah Azərbaycanda demokratik institutların fəaliyyətinə dair müzakirəyə çıxarılacaq hesabatda həm siyasi məhbuslar, həm də ölkədə söz azadlığının vəziyyətinin öz əksini tapacağını deyib: “Azərbaycanda bir neçə jurnalist hələ də həbsdədir. Məruzəmizdə həmçinin Seçki Məcəlləsi və digər qanunlara da toxunacaq. Hesab edirəm ki, Venesiya Komissiyasının bir neçə tövsiyələri təəssüflər olsun ki, nəzərə alınmayıb. Bu məsələyə daha dolğun qiyməti mən sabah keçiriləcək müzakirələrdən sonra verə biləcəyəm”. Andres Herkel Cənubi Qafqaz ölkələrində siyasi məhbuslar üzrə ümumi məruzəçinin təyin olunmasını real saymadığını bildirib: “Bu, çox mürəkkəb məsələdir, çünki bu ölkələrdə vəziyyət eyni dərəcədə deyil. Bu, mənim fikrimdir və hesab edirəm ki, biz ilk növbədə hansı ölkələrdə siyasi məhbusların olduğunu müəyyən etməliyik. Ümumi məruzəçinin təyin olunması yeni ideyadır və bu, bu gün qarşımızda duran bütün problemlərin həllinə yardım etməyəcək. Bəlkə də başqa çıxış yolları axtarmaq mümkündür və bu məsələdə son qərarı təbii ki, AŞ PA Siyasi bürosu verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR