Bank Of Baku

İstanbulda QDİƏT-in 16 illiyi münasibətilə təntənəli mərasim keçirilir

İstanbulda QDİƏT-in 16 illiyi münasibətilə təntənəli mərasim keçirilir
# 25 iyun 2008 09:38 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 16 illiyi münasibətilə təntənəli mərasim keçirilir. QDİƏT-in İstanbuldakı katibliyindən APA-ya verilən məlumata görə, Türkiyə prezidenti Abdulla Gül mərasimdə iştirak etmək üçün ilk dəfə katibliyə gələcək və qurumun baş katibi Leonidas Krisantopulosla görüşəcək. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov və İstanbuldakı baş konsulu Səyyad Salahlı da iştirak edəcəklər.
Qeyd edək ki, QDİƏT 1992-ci il iyunun 25-də Azərbaycan, Türkiyə, Albaniya, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Ruminiya, Rusiya və Ukrayna tərəfindən imzalanmış İstanbul Bəyannaməsi əsasında yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR