Bank Of Baku

NATO-nun baş katibi ilə ATƏT-in fəaliyyətdə olan sədrinin görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq

NATO-nun baş katibi ilə ATƏT-in fəaliyyətdə olan sədrinin görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq
# 25 iyun 2008 09:52 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. İyunun 27-də Brüsseldə NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb arasında görüş olacaq. APA-nın Finlandiya XİN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli də müzakirə olunacaq. Tərəflər iki təşkilat arasında əməkdaşlığın inkişafı, böhranlı vəziyyətlərin idarə olunması və digər məsələlərə də toxunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR