Bank Of Baku

Metyu Brayza: “Avropaya nəql olunması nəzərdə tutulan 44 milyard kubmetr qazın tam yarısını Azərbaycandan almağa ümid edirik”

Metyu Brayza: “Avropaya nəql olunması nəzərdə tutulan 44 milyard kubmetr qazın tam yarısını Azərbaycandan almağa ümid edirik”
# 25 iyun 2008 16:14 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. ABŞ dövlət katibinin müavinin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza Vaşinqton Yaxın Şərq İnstitutunda “ABŞ-la Türkiyə arasında strateji tərəfdaşlığın stimullaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. APA-nın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Metyu Brayzanın çıxışı iki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi üzərində qurulub: “Türkiyə Mərkəzi Asiya və Qafqaz bölgəsi ilə Avropa arasında körpüdür. İqtisadi inkişafla paralel olaraq Türkiyə Mərkəzi Asiya və Cənubi Qafqazın türk dilli ölkələri, o cümlədən Azərbaycanla münasibətləri inkişaf etdirib. ABŞ da eyni zamanda bu yeni müstəqil dövlətlərə yardım göstərməyə çalışır. Azərbaycan prezidenti Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev neft-qaz sənayesinin inkişafı üçün Xəzər regionuna xarici sərmayə yatırılması təşəbbüsünü alqışlayıblar. Türkiyə prezidenti Süleyman Dəmirəl isə hazırda fəaliyyət göstərən neft-qaz boru kəmərləri şəbəkəsinin yaradılması istiqamətində bu liderlərlə aktiv əməkdaşlıq edib”. Metyu Brayza bildirib ki, ABŞ və Türkiyə Azərbaycanın hasil etdiyi neft və qazın Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz boru kəməri vasitəsilə Avropa və digər qlobal bazarlara çıxarılması istiqamətində birgə fəaliyyət göstəriblər. Diplomat çıxışında həmçinin Şərq-Qərb hava dəhlizinin əhəmiyyətindən danışıb və bu dəhlizin təkcə strateji xətt deyil, həm də “həyat yolu” olduğunu bildirib. Metyu Brayza bu dəhlizin yaradılmasında Azərbaycan, Türkmənistan və Qazaxıstanın böyük kömək etdiyini bildirib: “Bizim məqsədimiz Cənub koridorunu genişləndirmək, Xəzər və İraq neftinin Türkiyə və Avropaya nəql etməkdir. Azərbaycan Türkiyə-Yunanıstan-İtaliya kəmərinin böyük hissəsini qazla təmin edir, həmçinin NABUCCO və digər yerli əhəmiyyətli kəmərlərinə qaz vurur. Bu iki layihə vasitəsilə Avropaya 44 milyard kubmetr qaz nəql etmək mümkündür, bu həcmin 20 milyard kubmetrini Azərbaycandan almağa ümid edirik”. Metyu Brayza bildirib ki, bu məqsədə nail olmaq üçün Türkiyə və Azərbaycan birgə fəaliyyət göstərməlidir: “ABŞ ümid edir ki, Ermənistanla Türkiyə arasında münasibətlər tezliklə normallaşacaq və iki ölkənin diplomatik münasibətləri bərpa olunacaq. Türkiyə həmçinin gürcü-abxaz münaqişəsinin nizamlanmasında da mühüm rol oynaya bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR