Bank Of Baku

Batumidə GUAM milli əlaqələndiricilərinin toplantısı keçirilir

Batumidə GUAM milli əlaqələndiricilərinin toplantısı keçirilir
# 30 iyun 2008 07:40 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun da iştirak etdiyi görüşdə GUAM-ın sabah başlayacaq üçüncü sammitinin gündəliyi müzakirə edilir. Sammit “GUAM Avropanın şərqini birləşdirir” devizi altında keçiriləcək. Artıq üzv ölkələrin müxtəlif sahələr üzrə ekspertləri bir araya gələrək zirvə toplantısında qəbul ediləcək sənədləri hazırlayıblar. Xarici İşlər Nazirləri Şurasının iclası isə sabah dövlət başçılarının görüşündən əvvəl keçiriləcək. GUAM-ın sammitində 25 ölkə və beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələri iştirak edəcək. Toplantının yekununda Batumi Bəyannaməsi, birgə kommünike, nəqliyyat və tranzit potensialından istifadə haqqında Bəyannamə, Gürcüstanın təşkilatda sədrlik proqramı qəbul olunacaq. Sammit çərçivəsində ənənəvi GUAM+ABŞ, GUAM+Avropa Birliyi, GUAM+Yaponiya görüşləri də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR