Şərq Tərəfdaşlığı: Azərbaycanı Avropa İttifaqına aparan yol, yoxsa dalan? - TƏHLİL
Əslində isə Şərq Tərəfdaşlığı təşəbbüsünün prelüdiyası bir qədər əvvəl aprelin 21-də baş vermişdi. Bavariya Xristian-Demokrat İttifaqının vitse-prezidenti İnqo Fridrix Avropa Parlamentinin iclasında Ukrayna, Moldova və Cənubi Qafqaz ölkələrinin daxil olacağı Şərqi Avropa İttifaqının yaradılmasını məsələsini gündəmə gətirmişdi. Şərqi Avropa İttifaqı ölkələrinin qitəyə aidliyi təsdiq olunsa da, onlar “üçüncü yolu” seçməli, yəni bu dövlətlərin Aİ üzvlüyü perspektivi ən azı müvəqqəti olaraq təxirə salınmalı idi. İ. Fridrixin fikrincə, Aİ artıq genişlənmə imkanlarından tam istifadə edib və bu Avropa ölkələrini perspektivsiz qoymaq düzgün olmazdı: “Şərqi Avropa İttifaqı tədricən Aİ-yə yaxınlaşacaq ölkələr üçün müvəqqəti həll yolu olaraq nəzərdən keçirilməlidir”.
Təxminən bir aydan sonra mayın 26-da Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasında bu dəfə bənzər təşəbbüs Polşa və İsveçin ifasında meydana çıxdı. Yeni Şərq Tərəfdaşlığı təşəbbüsünə Avropa İttifaqının 27 üzvü və adıçəkilən postsovet ölkələrinin daxil olması nəzərdə tutulmuşdu. Bu çərçivədə vizaların ləğvi, azad ticarət zonalarının yaradılması və strateji müqavilələr imzalanması haqda danışıqlar aparılmalı, tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi, enerji təminatı məsələlərinə dair layihələrin həyata keçirilməsi planlaşdırılırdı. Belarus istədiyi təqdirdə bu təşəbbüsə ekspertlər səviyyəsində qoşula, Rusiya isə yalnız yerli təşəbbüslərin, məsələn, Kalininqrad probleminin həllinə cəlb edilə bilərdi. Fransanın müəllifi olduğu və İsrail daxil olmaqla əsasən sahildəki müsəlman ölkələrini əhatə edən "Aralıq dənizi İttifaqı"ndan fərqli olaraq, yeni qurum katibliyə malik olmayacaq, Avropa Komissiyası tərəfindən koordinasiya ediləcək və Avropa Qonşuluq Siyasəti proqramının 2007-2013-cü illər büdcəsindən maliyyələşdiriləcəkdi. Əslində isə təşəbbüsün əsas məqsədinin haqqında söhbət gedən ölkələrin Rusiyanın təsir dairəsindən birmənalı şəkildə qurtarılması olması elə Moskvanın özündə də çox yaxşı dərk olunurdu. Başqa tərəfdən isə Şərq Tərəfdaşlığı üzv ölkələrinin Aİ üzvlüyü xəyallarından imtina etməsi kimi qiymətləndirilməlidir.
İlk öncə Fransanın ideyanı dəstəkləməsi, Almaniya, Böyük Britaniya və Niderlandın da ideyaya maraq göstərildiyi bildirilsə də, sonradan təşəbbüsün əslində heç gözlənilməyən yeni dostlarının və düşmənlərinin mövcudluğu, onun bir çox dövlətin maraqlarına toxunduğu bəlli oldu. Elə təşəbbüsün taleyində həlledici rolu da məhz bu amil oynadı.
Bu baxımdan İspaniya, İtaliya və Portuqaliyanın təşəbbüsə şübhə ilə baxması lap əvvəldən məlum olsa da, gözlənilmədən Rumıniya və Bolqarıstan da yeni təşəbbüsün əleyhinə çıxdıqlarını bəyan etdilər. Belə ki, yeni qurum bu iki ölkənin irəli sürdükləri Aİ-nin “Black Sea Sinergy” əməkdaşlıq layihəsi ilə rəqabət təşkil edir. Rumıniya Xarici İşlər Nazirliyinin rəsmisi Radutsa Matake (Raduta Matache) bildirib ki, Şərq Tərəfdaşlığı yalnız mövcud layihənin tamamlayıcısı rolunu oynaya bilər: “Biz Rumıniyanın şərq qonşuluğundakı legitim maraqlarının Aİ-nin mümkün yeni təşəbbüsündə düzgün əksini tapmasına əmin olmalıyıq”. Aİ-nin xarici əlaqələr və qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero-Valdnerin sözlərinə görə “Black Sea Sinergy” layihəsi üçün ildə ən azı 1 milyard avro vəsait ayrılacaq: “Çünki Rumıniya və Bolqarıstanın Avropa İttifaqına daxil olmasından sonra ittifaq Qara dəniz bölgəsinin bir hissəsinə çevrilib və bu fürsətdən daha yaxşı əməkdaşlıq üçün yararlanmağı arzulayır".
Digər tərəfdən isə nə Ukrayna, nə də Moldovanı Aİ üzvlüyündən vaz keçmək qəti qane etmir. Ukrayna XİN yaydığı açıqlamada təşəbbüsə daxil olacaq ölkələrə Avropa Birliyinə aydın şəkildə üzvlük perspektivinin verilməsini istəyib. Əslində bu mövqe Şərq Tərəfdaşlığı ideyasının müəllifi Polşa tərəfindən də dəstəklənir. Bu ölkənin XİN başçısı Radoslav Sikorski bildirib ki, Fransanın arxasında durduğu “Aralıq dənizi İttifaqı”ndan fərqli olaraq Şərq Tərəfdaşlığı üzvlərinə üzvlük imkanlarını təqdim edir: “Şərqdə avropalı qonşularımız var və onlar bir gün Aİ-yə daxil olmaq üçün müraciət etmək hüququna malikdirlər”.
Azərbaycan üçün daha bir maraqlı cəhət Şərq Tərəfdaşlığının “Aralıq dənizi İttifaqı” ilə bağlı olmasıdır. Məlum olduğu kimi, ikinci təşəbbüs vasitəsilə Fransa Türkiyənin Aİ üzvlüyünə yolunu bağlamaq niyyətindədir və bütün Avropa dövlətləri tərəfindən birmənalı qarşılanmır. Şərq Tərəfdaşlığı layihəsini dəstəkləməklə Fransa postsosialist blokuna mənsub yeni Aİ üzvlərinin rəğbətini qazanmağı və bundan “Aralıq dənizi İttifaqı”, eləcə də Aİ-nin müdafiə problemləri ilə bağlı məsələlərdə məqsədyönlü şəkildə istifadə etməyi düşünür. Şərqi Avropa məsələlərini gündəliyə daxil etməklə Fransa əslində Aİ-nin diqqətini Türkiyənin üzvlük prosesindən yayındırmağı qarşısına məqsəd qoyub. Fransanın xarici işlər naziri Bernar Kuşnerin fikrincə, “eyni vaxtda həm cənub, həm də şərqə doğru genişlənməkdə heç bir günah iş yoxdur”.
İyulun 1-dən Fransa Aİ sədrliyini öz üzərinə götürəcək. Bu isə yeni layihənin uğur qazanmaq imkanlarını artırır. Rəsmi Paris bunun üçün əvvəlcə Böyük Britaniya və Almaniya kimi İttifaqın “ağır artilleriyası”nın dəstəyini qazanmalıdır. Doğrudur, ekspertlər fransız diplomatiyasının Berlində xüsusi səy göstərməsinin lazım olduğunu bildirirlər. Politoloq Aleksander Rarın fikrincə buna səbəb ideyanın əsasən Almaniya ilə strategiya rəqabətinə girən Polşa tərəfindən lobbiləşdirilməsidir: “İnanmıram ki, Almaniya bu addımı dəstəkləsin. Yəqin ki, təşəbbüs iflas edəcək”. Ancaq əvəzində 2009-cu ildə Fransadan Aİ sədrliyi estafetini qəbul edəcək Çexiya layihəyə ciddi tərəfdar olduğunu açıqlayıb. Çexiya baş nazirinin müavini Aleksander Vondra layihənin Praqanın istəyinə uyğun olduğunu: “Gərək gələn il tarazlıq yaransın. Bu il Aralıq dənizi ilidir. Ona görə də gələn il Şərq ili olmalıdır”.
İstənilən halda Azərbaycan üçün Şərq Tərəfdaşlığı onu digər “sovet Avropası” ölkələri ilə birlikdə Şimali Afrika dövlətləri ilə vahid kontekstə daxil edən ənənəvi Avropa Qonşuluq Siyasəti konsepsiyasından yaxa qurtarmaq üçün gözəl imkandır. Yeni təşəbbüs hətta bu 5 ölkənin gələcəkdə Avropa ailəsinin üzvü olmasını dəqiqləşdirməsə belə, onların bu məkana nəzərəçarpacaq dərəcədə inteqrasiyasını təmin edəcək.
Xarici siyasət
Bakıda İƏT-in antikorrupsiya ilə bağlı keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb
Azərbaycan “Metrik Konvensiya”ya qoşulacaq
Azərbaycanla Qəmər Adaları İttifaqı arasında münasibətlər müzakirə olunub
Arzuxan Əlizadə: Azərbaycan sabitlik və güclü iqtisadi siyasət sayəsində qlobal əməkdaşlıq platformasına çevrilib
Xəbər Lenti
Tramp Meloninin şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib, İtaliya lideri bunu uydurma adlandırıb
Bakıda İƏT-in antikorrupsiya ilə bağlı keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb
Azərbaycan “Metrik Konvensiya”ya qoşulacaq
İslam İnkişaf Bankı Qrupunun sədri: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə qədəm qoyub
Ölkə üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda layihələrə ayırdığı vəsaitin həcmi bilinib
Pakistan XİN rəhbəri İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqlarının ləğv olunmasının səbəbini açıqlayıb
Kəlbəcərdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib - FOTO
Rusiya Mərkəzi Bankı ardıcıl doqquzuncu dəfə uçot dərəcəsini endirib
Azərbaycanla Qəmər Adaları İttifaqı arasında münasibətlər müzakirə olunub
Narkotik tranziti və kiberdələduzluqda ittiham edilən dəstə üzvlərinə cəza istənilib
Netanyahu İsrail ordusunun Livanda qalacağına israr edir
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Environmental Protection First” Koalisiyası İrəvanda keçiriləcək COP17 sədrliyinə müraciət ünvanlayıb
Ukrayna PUA-larının Moskvaya kütləvi hücumu davam edir, 35 dron vurulub - YENİLƏNİB
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
ITFC: Orta Dəhliz Azərbaycanın regional ticarət mərkəzi kimi rolunu gücləndirir - MÜSAHİBƏ
Rusiyalı nüvə mütəxəssisləri Buşehr AES-ə geri qayıdacaq
Zakir Fərəcov vətəndaş qəbulu keçirib
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub - FOTO
CNN: İran ABŞ-la danışıqlardan əvvəl Livanda döyüşlərin dayandırılacağına zəmanət tələb edir
Nazir müavini: Bundan sonra qadın sahibkarlığın inkişafına xüsusi əhəmiyyət veriləcək
AIIB Azərbaycanla dəniz daşımaları və aviasiya sektoru üzrə əməkdaşlığı genişləndirəcək
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
ÜST-ün regional direktoru: Səhiyyə sistemlərinin səmərəliliyinin artırılması üçün üzv ölkələrə dəstək göstərilir
Arzuxan Əlizadə: Azərbaycan sabitlik və güclü iqtisadi siyasət sayəsində qlobal əməkdaşlıq platformasına çevrilib
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək - FƏRMAN
İsDB Toplantıları çərçivəsində genişmiqyaslı sazişlər imzalanıb - FOTO
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar - SİYAHI
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı təlim keçirilib
İsrail ordusu: Livanda onlarla "Hizbullah" üzvü öldürülüb, 80-dən çox hədəfə zərbə endirilib
Xəzər rayonunda açıq ərazidə yanğın başlayıb
Peskov: Rusiya Ukraynaya zərbələr endirməyə davam edəcək
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutub: Təbiət və şəhər həyatının harmoniyası - FOTO
XİN-də xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşları və maaşlara əlavələrin məbləği təsdiq edilib
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şəmkirdə regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Deputat: Taksi sürücüləri AYNA ilə yol hərəkəti qaydalarının tətbiqinə cavabdeh qurumlar arasında ziddiyyətlərdən şikayətlənir
Xankəndi və Ağdərəyə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB-2
Millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilir
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşib
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO
Rəşad Mahmudov xaricdə tibb təhsili almış şəxslərin diplomlarının tanınmasındakı çətinliklərdən şikayətlənib
İranda yol qəzasında 5 nəfər ölüb
Deputat yollarda standartlara uyğun olmayan nişanlanma və cərimələrdən narazıdır