Bank Of Baku

GUAM-ın Batum sammitinin yekunları əsasında birgə Bəyannamə imzalanıb

GUAM-ın Batum sammitinin yekunları əsasında birgə Bəyannamə imzalanıb
# 02 iyul 2008 07:53 (UTC +04:00)
APA-nın məlumatına görə, Gürcüstan, Azərbaycan, Ukrayna, Litva və Polşa prezidentlərinin imzaladığı Bəyannamədə demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına, qanunun aliliyinə, xalqların mədəni irsinə və tolerantlıq ruhunun möhkəmləndirilməsinə bağlılıq ifadə olunub. Tərəflər ümumAvropa və Asiya inteqrasiya proseslərinin tərkib hissəsi kimi regional əməkdaşlığın inkişafına, ABŞ, Polşa, Yaponiya və digər dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə yönəlmiş kursun dəyişməz olduğunu bildiriblər. Sənəd müəllifləri iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf strategiyasının reallaşdırılmasının vacibliyini vurğulayıblar. Bəyannamədə həlli uzanan münaqişələr, aqressiv separatizm, ekstremizm və beynəlxalq terrorçuluqdan qaynaqlanan təhlükələrdən dərin narahatlıq əks olunub. GUAM ölkələri digər dövlətlər və beynəlxalq strukturlarla sıx əməkdaşlıq şəraitində bu təhlükələri dəf etməyə hazır olduqlarını bəyan ediblər, həmçinin münaqişələrin həlli üçün beynəlxalq ictimaiyyətin dəstəyinin səfərbər olunmasının önəmini vurğulayıblar. Prezidentlər enerji təhlükəsizliyi sisteminin inkişafını davam etdirməyə və Avropa enerji daşıyıcıları bazarının diversifikasiyasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduqlarını da bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR