Bank Of Baku

Barak Obama: “Murad Topalyanın terrorçuluq fəaliyyəti ilə bağlı Senat müzakirələrində azərbaycanlıların mövqeyini nəzərə alacağam”

Barak Obama: “Murad Topalyanın terrorçuluq fəaliyyəti ilə bağlı Senat müzakirələrində azərbaycanlıların mövqeyini nəzərə alacağam”
# 02 iyul 2008 08:04 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, bu fikirlər ABŞ prezidentliyinə namizəd Barak Obamanın İllinoys ştatında yaşayan yerli azərbaycanlıların etiraz məktubuna cavabında öz əksini tapıb. Qeyd edək ki, Barak Obama ABŞ Senatında İllinoys ştatını təmsil edir. Prezidentliyə namizəd həmçinin qeyd edib ki, o ştatın yerli sakinlərini narahat edən məsələlər ilə bağlı rəylərini həmişə eşitmək istəyir və yaxın gələcəkdə Senatda müzakirə olunacaq izləmə proqramı (11 sentyabr hadisələrindən sonra Prezident Buşun təşəbbüsü ilə kəşfiyyat orqanlarının izləmə səlahiyyətlərini artıran proqram), istehlakçıların hüquqlarını müdafiə edən qanun layihəsi, enerji siyasəti və gələn ilin federal büdcəsi ilə bağlı onların rəyini öyrənmək niyyətindədir. Xatırladaq ki, terrorçuluq fəaliyyətində ittiham olunaraq həbs olunan Amerika Erməni Komitəsinin sabiq sədri azadlığa çıxdıqdan sonra ermənipərəst konqresmen Hovard Bermanla “lobbiçilik işini” müzakirə etmək üçün görüş keçirib. Buna etiraz olaraq Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) vasitəsi ilə ölkədə yaşayan minlərlə azərbaycanlı ABŞ-ın bütün seçilmiş orqanlarına, həmçinin senator Barak Obamaya etiraz məktubları yollayıblar. Barak Obama ilə yanaşı Konqresin digər üzvləri də Murad Topalyanın Kaliforniyadan Nümayəndələr Palatasına seçilmiş Hovard Bermanla görüşünə münasibət bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR