Bank Of Baku

Rusiya xarici işlər nazirinin müavini: “ATƏT münaqişələrin nizamlanması ilə bağlı daha dəqiq və sistemli prinsiplər hazırlamalıdır”

Rusiya xarici işlər nazirinin müavini: “ATƏT münaqişələrin nizamlanması ilə bağlı daha dəqiq və sistemli prinsiplər hazırlamalıdır”
# 02 iyul 2008 08:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Dondurulmuş” münaqişələrə yanaşmalarda fikir ayrılığı bu münaqişələrin “qaynar” fazaya keçməsi təhlükəsini yaradır”. APA-nın məlumatına görə, bu fikirləri Vyanada ATƏT-in təhlükəsizlik sahəsində problemlərin icmalına dair illik konfransında çıxış edən Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib. O deyib ki, Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsi ciddi çağırış olub, bu, Helsinki Yekun Aktının başlıca prinsipləri çərçivəsindən çıxan təhlükəli presedent yaradıb: “Bunun nəticəsində gündəliyə dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı məsələləri çıxıb. Kosovo ilə bağlı vəziyyəti hüquqi müstəviyə qaytarmaq olar. Münaqişələrin nizamlanması ilə bağlı dəqiq və sistemli prinsiplər hazırlanmalı, ATƏT-ə üzv bütün ölkələr bu prinsipləri yerinə yetirməli, həmin prinsiplər ATƏT məkanında baş verən bütün münaqişələrlə bağlı istifadə edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR