Bank Of Baku

Azərbaycan və Çexiya xarici siyasət idarələri arasında bir sıra sənədlər imzalanacaq

Azərbaycan və Çexiya xarici siyasət idarələri arasında bir sıra sənədlər imzalanacaq
# 02 iyul 2008 08:58 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, səfər iyulun 5-nə kimi davam edəcək. Karel Şvartsenberq prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, daxili işlər naziri Ramil Usubovla görüşəcək. Səfər çərçivəsində Çexiya və Azərbaycan xarici siyasət idarələri arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Çexiya XİN başçısı Bakıda keçiriləcək Azərbaycan-Çexiya biznes forumun açılışında iştirak edəcək, Bakının tarixi abidələri, o cümlədən İçəri-Şəhərlə tanış olacaq. Qeyd edək ki, K. Şvartsenberq hazırda Tiflisdə səfərdir, o dünən Batumda keçirilən GUAM-ın 3-cü sammitində iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR