Bank Of Baku

Polad Bülbüloğu: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında çox mühüm rol oynayır”

Polad Bülbüloğu: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında çox mühüm rol oynayır”
# 02 iyul 2008 11:19 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Azərbaycanla Rusiya arasında ən yüksək səviyyədə, yəni hökumətlər və prezidentlər səviyyəsində tərəfdaşlıq dialoqu var. Dialoq prosesində isə ortaya çıxan problemləri həmişə həll etmək mümkündür”. APA-nın məlumatına görə, bu fikirlər Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “RİA Novosti” agentliyinə müsahibəsində öz əksini tapıb. O, Rusiya prezidentinin öz fəaliyyətinin əsas prioriteti kimi MDB-ni götürməsini düzgün addım adlandırıb: “Əgər regionda GUAM, Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi, Avrasiya İqtisadi Birliyi və digər ittifaqların yaranması göstərir ki, MDB daha çox danışıqlar formatında olan qurumdur”. Səfir Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ciddi rol oynadığını bildirib: “Rusiya münaqişənin həlli prosesində ciddi rol oynayır. Mən isə şuşalıyam, buna görə də münaqişənin dərinliklərini daha yaxşı anlayıram. Bu isə çox mühüm məqamdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR