Bank Of Baku

Elmar Məmmədyarov AŞ PA sədrini qəbul edib

Elmar Məmmədyarov AŞ PA sədrini qəbul edib
# 02 iyul 2008 16:08 (UTC +04:00)
Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puçu qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. AŞ PA sədri səfər zamanı Azərbaycandakı vəziyyətlə əyani şəkildə tanış olaraq Azərbaycanın Avropa dəyərlərinə sadiq olduğunu və bu istiqamətdə fəaliyyətini daha da gücləndirmək əzmində olduğunu müşahidə etdiyini bildirib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qeyd edib, bunun AŞ-nın mövqeyi olduğunu və bu yaxınlarda qəbul olunmuş qətnamədə də əks edildiyini vurğulayıb. Nazir Elmar Məmmədyarov AŞ-nın mövqeyinə görə təşəkkürünü bildirib və münaqişənin həllinin daha çox məhz Ermənistanın maraqlarında olduğunu deyib. E. Məmmədyarov Azərbaycanın Avropa dəyərlərinə sadiq olduğunu və AŞ ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf edəcəyini söyləyib. Görüşdə maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR