Bank Of Baku

Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib
# 02 iyul 2008 16:45 (UTC +04:00)
Bakı-APA. Bu gün Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Əbdul Həmid etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyəsi qeyd olunub, E. Məmmədyarov Pakistanın Ermənistan-Azərbaycan münaqişəsində tutduğu ədalətli mövqeyə görə təşəkkürünü bildirib.
Görüşdə, həmçinin bir sıra regional, beynəlxalq və maraq doğuran digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR