Bank Of Baku

Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri başlayıb

Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri başlayıb
# 03 iyul 2008 11:26 (UTC +04:00)
Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdiriləcək. Danışıqlarda sonra Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra dövlətlərarası sənədlərin imzalanması nəzərdə tutulur. Rusiya prezidentinin Azərbaycanda keçirdiyi görüşlərdə əsasən iki ölkə arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Danışıqlarda Xəzər dənizinin beynəlxalq-hüquqi statusu və dənizdə təhlükəsizliyin təmin olunması məsələsi də müzakirə olunacaq. Görüşdə İran probleminə toxunulacağını da istisna edilmir. Prezidentlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də fikir mübadiləsi aparacaqlar. Dmitri Medvedyev həmçinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ilə görüşəcək, Heydər Əliyev Fondu ilə tanış olacaq. Danışıqların yekununda iki ölkə başçısı Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji partnyorluq haqqında Bəyannamə, xarici siyasət və daxili işlər nazirlikləri arasında əməkdaşlığa, mülkiyyət və gömrük sahələrində əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir. Konfessiya rəhbərləri ilə görüşdə konfessiyalararası münasibətlərə xüsusi diqqət yetiriləcək, dünya dinində islamın rolu, beynəlxalq terrorizmlə mübarizədə dövlətlə dinin əməkdaşlığı məsələləri müzakirə olunacaq. Rusiya prezidentini Azərbaycana səfərdə xarici işlər naziri, daxili işlər naziri, enerji naziri, Rusiyanın bir sıra regionlarının rəhbərləri, Federal Gömrük Xidmətinin və Dövlət Əmlakının İdarə Olunması Federal Agentliyinin rəhbərləri müşayiət edəcəklər. Nümayəndə heyətinə həmçinin “LUKOYL”, “Qazprom”, “Alfa-bank”, “Vneştorqbank” və Rusiya Dəmir Yollarının rəhbərləri daxildir. Dmitri Medvedyev Bakıdan Aşqabada, oradan Astana və Tokioya səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR