Bank Of Baku

Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı açıqlanıb

Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı açıqlanıb
# 20 sentyabr 2008 10:08 (UTC +04:00)
Əli Babacanın Azərbaycan və Ermənistanın xarici işləri nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla əvvəlcə ayrı-ayrılıqda, daha sonra birgə görüşləri Nyu-Yorkda sentyabrın 25-26-da baş tutacaq. Məlumata görə, üç ölkənin xarici işlər nazirləri Qarabağ problemi ilə bağlı da müzakirələr aparacaqlar.

Türkiyə Xarici İşlər Nazirliyindən bu toplantıda hər hansı qərar qəbul olunmasının və ortaq açıqlamalar verilməsinin gözlənilmədiyini bildiriblər. Xatırladaq ki, bəzi mənbələr bir neçə gün əvvəl üç tərəfin Dağlıq Qarabağ probleminin həlli mövzusunda ilkin anlaşma əldə etməyə çalışacağı barədə məlumat yayıb.

Məlumata görə, Əli Babacanın Amerikada erməni diasporunun nümayəndələri ilə də görüşləri planlaşdırılmır. Yetkililər bunu Türkiyənin Ermənistanla münasibətlərini dövlətlərarası dialoq zəminində aparmaq istəyi ilə əsaslandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR