Bank Of Baku

Azərbaycan prezidenti İslamabaddakı faciə ilə bağlı pakistanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti İslamabaddakı faciə ilə bağlı pakistanlı həmkarına başsağlığı verib
# 21 sentyabr 2008 19:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, başsağlığı mətnində İslamabadda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərinin dərin kədər hissi ilə qarşılandığı vurğulanıb: “ Biz bu hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, beynəlxalq birliyin bu dəhşətli bəlaya qarşı mübarizəsini hər cür dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR