Bank Of Baku

Artur Lenk: “İsrail hökumətində hər kəs Azərbaycanla əməkdaşlığın vacib olduğunu anlayırlar”

Artur Lenk: “İsrail hökumətində hər kəs Azərbaycanla əməkdaşlığın vacib olduğunu anlayırlar”
# 22 sentyabr 2008 13:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “İsrail hökumətinə kimin rəhbərlik etməsindən asılı olmayaraq, Azərbaycanla İsrail arasında əlaqələr daim inkişaf edəcək və möhkəm olacaq”. Bu açıqlamanı APA-ya İsrailin Azərbaycandakı səfiri Artur Lenk verib. O bildirib ki, hökumətin hər bir bölməsində Azərbaycanla İsrail arasında əməkdaşlığın çox vacib olduğunu anlayırlar: “Hələlik İsraildə yeni hökumət formalaşmayıb, nazir Çipi Livni öz partiyası tərəfindən yeni hökumətin formalaşması üçün seçilib və yaxın vaxtlarda yeni hökumətin seçilməsi prosesi başlanacaq. Əgər Çipi Livni baş nazir seçilsə, o İsrail tarixində Qolden Meyerdən sonra ikinci qadın baş nazir olacaq. Maraqlı situasiya ondan ibarətdir ki, əgər Livni bu posta seçilərsə, ölkədə 3 ən vacib postda - baş nazir, Ali Məhkəmənin sədri və parlamentin sədri qadın olacaq. Üç qız atası kimi deyirəm ki, bu, çox əhəmiyyətli bir məsələdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR