Bank Of Baku

İqdır bələdiyyə başqanı Nurəddin Aras: “İşğalçı ermənilər Azərbaycan torpaqlarından çıxmayınca, Türkiyə Ermənistanla sərhədləri açmamalıdır” - EKSKLÜZİV

İqdır bələdiyyə başqanı Nurəddin Aras: “İşğalçı ermənilər Azərbaycan torpaqlarından çıxmayınca, Türkiyə Ermənistanla sərhədləri açmamalıdır” - <font color=red>EKSKLÜZİV</font>
# 22 sentyabr 2008 14:44 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya İqdır bələdiyyə başqanı Nurəddin Aras verib. O, guya Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istədiyi barədə xəbərlərin kökündən yalan olduğunu bildirib: “Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır, ortada Dağlıq Qarabağ problemi olduğu, ermənilərin Türkiyəyə qarşı ərazi iddiası irəli sürdüyü bir vaxtda sərhədlərin açılmasını kim istəyə bilər. Türkiyə prezidenti Abdullah Gülün Ermənistana səfəri zamanı bəzi mətbuat orqanlarına verdiyim açıqlamaları bəzi media qurumları təhrif edərək yayımlayıblar. Biz bu sözləri deməyə məcburuq – Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından dərhal geri çəkilməli, Dağlıq Qarabağdakı ev-eşiklərindən qovulmuş azərbaycanlı qardaş-bacılarımız öz yurdlarına dönməlidir. Eyni zamanda ermənilər Qars və Gümrü müqavilələrini, yəni Türkiyənin sərhədlərini tanımalı, ölkəmizə qarşı ərazi iddialarından imtina etməlidir. Ermənilər işğal altında saxladıqları torpaqlardan geri çəkilməyənə kimi Türkiyə Ermənistanla sərhədləri açmamalıdır. Bunu tələb etmişik və tələb etməkdəyik. Mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağ ərazisindən qoşunlarını çıxardıqdan, qondarma “soyqırımı” iddialarından əl çəkdikdən sonra bu ölkə ilə sərhədlər açıla bilər. Bu fikrimizi dünən də söylədik, bu gün söyləməkdəyik”. Nurəddin Aras Türkiyənin Ermənistana yönəlik siyasətinin Azərbaycana hər hansı ziyan verməməsini arzuladıqlarını bildirib: “İstəyimizi budur ki, Türkiyə Cümhuriyyətinin Ermənistan siyasəti dost Azərbaycana heç bir formada zərər verməsin, dostlarımızı incitməsin və rəncidə etməsin. Türkiyəni qondarma “erməni soyqırımı” iddiaları ilə küncə sıxışdırmaq istəyən ölkələrlə əl-ələ verən Ermənistan qondarma “”soyqırımı”n tanınmasını xarici siyasətinin əsas prinsiplərindən biri olaraq qəbul edib. Ermənistan məktəblərində divarlardan asılmış xəritələrdə Türkiyənin 12 vilayəti bu ölkənin ərazisi kini göstərilir. Ermənistan bayrağında Türkiyənin ərazisində olan Ağrı dağının şəkli var. Bu ölkənin himnində “Torpaqlarımız işğal latında, bu torpaqları azad etmək üçün ölün, öldürün” sözləri yer alır. Belə olan təqdirdə Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəmək məntiqsiz bir davranışdır. Unutmayaq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması önündə ən böyük əngəl Türk düşmənçiliyi üzərində qurulmuş erməni siyasətidir. Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Ümummilli liderimiz Heydər Əliyev hər zaman deyirdi ki, Azərbaycanla Türkiyə - bir millət, iki dövlətdir. Bu siyasət bu gün də davam edir”. Nurəddin Aras beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinə nəzərən ikili standart siyasəti yürütdüyünü bildirib: “Dünya birliyinə səslənirəm, 86 il əvvəl baş verən hadisələrlə maraqlanmaq cəsarəti göstərirlər, amma ermənilərin çox yaxın keçmişdə Dağlıq Qarabağda törətdiyi vəhşilikləri niyə görmürlər? Ermənilərin 1992-ci ildə Xocalıda həyata keçirdiyi vəhşiliklərə nə ad vermək olar? Bu vəhşiliklər soyqırımı deyil? Hörmətli prezidentimizin Ermənistan səfər dövlətimizin həyata keçirdiyi bir siyasətdir. Biz təbii ki, hörmətli prezidentimizin səfərlərini tənqid edə bilərik. Çünki, Türkiyə bir respublikadır, Mustafa Kamal Atatürkün söylədiyi kimi “Yurdda sülh, cahanda sülh” prinsipini həmişə əsas götürür. Problemlərin həlli masa arxasında tapılır, bu olmasa, müharibə qaçılmaz olur”. Nurəddin Aras Azərbaycanın “İğdırda yaşayan soydaşlarımızın vaz keçmədikləri sevda” adlandırıb: “Mən səmimi qəlbdən deyirəm: Azərbaycan bizim vaz keçmədiyimiz sevdamızdır, ata-baba yurdumuzdur. Azərbaycanın yaxşı günü bizim toy-bayramımız, Allah eləməsin, pis günü bizim yas günümüzdür. Qoy heç kəs bunu unutmasın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR