Bank Of Baku

Elmar Məmmədyarov Nyu-Yorkda yüksək səviyyəli görüşlər keçirib

Elmar Məmmədyarov Nyu-Yorkda yüksək səviyyəli görüşlər keçirib
# 26 sentyabr 2008 10:42 (UTC +04:00)
Nyu-York-APA. Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşləri davam etdirir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, XİN başçısı Sloveniya prezidenti Danilo Turk, İordaniyanın xarici işlər naziri Səlahəddin Əl-Bəşir, Mərakeşin xarici işlər naziri Taib Fassi-Fihri, Avropa İttifaqının Birgə Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Təmsilçisi Xavyer Solana, Bolqarıstanın xarici işlər naziri İvaylo Kalfin, Amerikanın Əsas Yəhudi Təşkilatlarının Prezidentlərinin Konfransının rəhbərliyi ilə görüşüb, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlərinin görüşündə iştirak edib.

İkitərəfli görüşlərdə regional, o cümlədən Türkiyənin təklif etdiyi Qafqazda təlükəsizlik və inkişaf platforması, enerji, beynəlxalq təhlükəsizlik və ikitərəfli məsələlər müzakirə olunub.

Sloveniya prezidenti Danilo Turk Azərbaycan prezidenti İlham Əliyevin Sloveniyaya səfərini yüksək qiymətləndirib və səfərin ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırdığını vurğulayıb.

Nazir Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışıb, bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu bildirib. Həmkarları Azərbaycanın ədalətli mövqeyini dəstəkləyiblər.

Mərakeşin xarici işlər naziri Taib Fassi-Fihri bu yaxınlarda ölkəsinin Azəraycanda səfirliyinin fəaliyyətə başlayacağını bildirib və bunun ikitərəfli əlaqələrin daha da inkişaf edilməsinə yardımçı olacağını söyləyib.

Avropalı rəsmilər Cənubi Qafqazın Avropa İttifaqı üçün əhəmiyyətini qeyd edib və Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Yəhudi təşkilatının nümayəndələri isə görüşdə Azərbaycandakı dözümlülüyü yüksək qiymətləndiriblər. XİN başçısının görüşləri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR