Bank Of Baku

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti sabah Strasburqa gedəcək

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti sabah Strasburqa gedəcək
# 26 sentyabr 2008 11:50 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Sabah Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu qurumun payız sessiyasında iştirak etmək üçün Strasburqda yola düşəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nümayəndə heyətinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov və deputat Sabir Hacıyev daxildir. Sessiya dövründə AŞ PA Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Rusiya ilə Gürcüstan arasındakı müharibənin nəticələri, Serbiya, Bosniya və Hersoqovina tərəfindən öhdəliklərin yerinə yetirilməsi, Kiprdə mövcud vəziyyət, Avropa Şurasının “Qadınlara qarşı məişət zorakılığı əleyhinə birləşmiş parlamentlər” kampaniyasının icmalı, demokratiyada medianın rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq. Səfər oktyabrın 4-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR