Bank Of Baku

Azərbaycan prezidenti: “Deyəsən, Ermənistan rəhbərliyi beynəlxalq hüquqa hörmət etməyin zəruriliyini anlayıb ”

Azərbaycan prezidenti: “Deyəsən, Ermənistan rəhbərliyi beynəlxalq hüquqa hörmət etməyin zəruriliyini anlayıb ”
# 06 noyabr 2008 08:17 (UTC +04:00)
Ziyafətdə çıxış edən Abdullah Gül prezident İlham Əliyevi yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib: “Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra mərhum Heydər Əliyev ölkənin istiqamətini düzgün müəyyənləşdirdi. Onun ölkələrimiz arasındakı münasibətləri “Bir millət, iki dövlət” düsturu ilə ifadə etməsi ikitərəfli əlaqələrimizin zirvəyə çatmasına təkan verdi. İlham Əliyev bu yolu uğurla davam etdirir. İndi Azərbaycanın iqtisadiyyatı, hərbi gücü və demokratiyası inkişaf edir. Bu, Dağlıq Qarabağ probleminin həlli yolunda Azərbaycana əlavə güc qazandırır. Problemin sülh yolu ilə həll edilməsi üçün Türkiyə əlindən gələn hər şeyi edir. İşğal edilmiş torpaqlar azad edilməli, bir milyon qaçqın öz yurduna dönməlidir. Türkiyə bütün məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ probleminin həllində də Azərbaycanın haqlı mövqeyini dəstəkləyir”.

Ziyafətdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev isə ikinci dəfə dövlət başçısı seçildikdən sonra ilk rəsmi səfəri Türkiyəyə etdiyindən çox məmnun olduğunu bildirib: “Azərbaycan müstəqil dövlət kimi günü-gündən güclənir. Türkiyənin səlahiyyətli nümayəndələri ilə həmişə səmimi görüşlər keçiririk. Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının bir neçə gün əvvəl Moskvada imzaladığı bəyannamə çox önəmlidir. Çünki bu sənəddə tərəflərin beynəlxalq hüquqa hörmək etməsi vurğulanır. Deyəsən, artıq Ermənistan rəhbərliyi də bunu anlamışdır. Bizim üçün əsas məsələ Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın geri qaytarılması və bir milyon qaçqının öz yurduna dönməsidir. Bu prosesdə Türkiyənin roluna böyük əhəmiyyət veririk”.

Qeyd edək ki, prezident İlham Əliyevin bu gün Türkiyə Böyük Millət Məclisində çıxışı və baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşü nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR