Bank Of Baku

Metyu Brayza: “Referendum məsələsinə Azərbaycan rayonları işğaldan azad edildikdən, ərazidə sülhməramlılar yerləşdirildikdən sonra baxıla bilər”

Metyu Brayza: “Referendum məsələsinə Azərbaycan rayonları işğaldan azad edildikdən, ərazidə sülhməramlılar yerləşdirildikdən sonra baxıla bilər”
# 13 noyabr 2008 14:40 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı Bakıda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza verib. Moskva Bəyannaməsini münaqişənin nizamlanması istiqamətində irəliyə doğru addım adlandıran həmsədr bu sənədin problemin həllində yardımçı olacağını vurğulayıb.

Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmasına münasibət bildirən M. Brayza qeyd edib ki, bu ölkə ABŞ-ın etibarlı müttəfiqidir: “Buna görə də Türkiyənin münaqişənin həlli istiqamətində addımlarını müsbət qiymətləndiririk”.

Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların qarşılıqlı etimadın yaranması üçün münbit şərait formalaşdırdığını deyən amerikalı həmsədr işğal latında olan Azərbaycan ərazilərinin qaytarılması, sülhməramlı qüvvələr və referendum məsələlərinə də qismən aydınlıq gətirilib: “Azərbaycan rayonları işğaldan azad edildikdən, ərazidə sülhməramlı qüvvələr yerləşdirildikdən sonra referendum məsələsinə baxmaq olar. Bu da prezidentlərin bir-biri ilə dil tapmasından asılıdır. Prezidentlərin son görüşü zamanı danışıqların davam etdirilməsi üçün münbit zəmin yaranıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR