Bank Of Baku

Litva prezidenti Valdas Adamkus: “Litva ilə Azərbaycan arasında münasibətlərin inkişafından məmnunuq”

Litva prezidenti Valdas Adamkus: “Litva ilə Azərbaycan arasında münasibətlərin inkişafından məmnunuq”
# 13 noyabr 2008 16:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Litva ilə Azərbaycan arasında münasibətlərin inkişafından məmnunuq”. Bu fikirləri APA-nın sualını cavablandıran Bakıda səfərdə olan Litva prezidenti Valdas Adamkus söyləyib: “Biz təkcə Azərbaycan və Litva üçün deyil, bütün dünya üçün əhəmiyyət kəsb edən böyük bir layihənin iştirakçısı, bir hissəsi oluruq. Çünki biz dünyanın enerji durumundan danışırıq. Sizin ölkəniz əlbəttə ki, bu məsələdə kifayət qədər böyük rola malikdir. Biz tərəfdaş olmaqda maraqlıyıq və tərəfdaş olacağıq”.

Bakı-Odessa-Brodı-Plotsk-Qdansk layihəsində Litvanın iştirak payının artırmaq niyyəti olub-olmadığı barədə sualı cavablandıran prezident gələcəyə nikbin baxdığını deyib: “Hal-hazırda bizim bu layihədə iştirak payımız azdır, lakin mən
gələcəyə nikbin baxıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR