Bank Of Baku

ABŞ Enerji Departamentinin katibi: “Bakı enerji sammiti 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin davamıdır”

ABŞ Enerji Departamentinin katibi: “Bakı enerji sammiti 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin davamıdır”
# 14 noyabr 2008 11:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. ABŞ Enerji Departamentinin katibi Samuel Bodman Bakıda keçirilən enerji sammitində çıxış edib. APA-nın məlumatına görə, S. Bodman Azərbaycan prezidenti İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı uğurlu siyasət apardığını bildirib və ona təşəkkür edib. O, enerji təhlükəsizliyinin dünya üçün çox əhəmiyyətli məsələ olduğunu vurğulayıb: “Bakıda keçirilən enerji sammitinin kifayət qədər məhsuldar və səmərəli olacağını düşünürəm. Hesab edirəm ki, bu sammit 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin davamıdır. Bu gün dünyanın bir çox ölkələri iqtisadi cəhətdən inkişaf, bir sıra ölkələr isə iqtisadi tənəzzül dövrünü yaşayır. Buna görə də dünya ölkələrinin enerji resursları ilə təchizatı olduqca vacibdir. Hesab edirəm ki, ABŞ-ın yeni administrasiyası bu bölgədə olan ölkələrlə enerji sahəsində əməkdaşlığı qətiyyətlə davam etdirəcək. Biz bu regionla əməkdaşlığa böyük əhəmiyyət veririk”.

S. Bodman ABŞ-ın Azərbaycan, Rusiya və Gürcüstanla işləməkdə qərarlı olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR