Bank Of Baku

Viktor Yuşşenko: “Dekabrda Odessa-Brodı layihəsinin texniki-iqtisadi əsaslandırılması hazır olacaq”

Viktor Yuşşenko: “Dekabrda Odessa-Brodı layihəsinin texniki-iqtisadi əsaslandırılması hazır olacaq”
# 14 noyabr 2008 11:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən enerji sammitində çıxış edən Ukrayna prezidenti Viktor Yuşşenko deyib. O, 4-cü enerji sammitinin keçirilməsinin əhəmiyyətli olduğunu bildirib: “Bu, qarşıya qoyulan məqsədə çatmaq üçün çalışdığımızı göstərir. Macarıstan, Türkiyə və Avropa Birliyinin bu sammitdə iştirakı çox mühümdür. Mən bu çərçivədəki dialoqu yüksək qiymətləndirirəm”.

V. Yuşşenkonun fikrincə, nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün təkcə iqtisadi sahədə addımların atılması kifayət deyil: “Dövlət və hökumət başçıları siyasi iradə nümayiş etdirməlidirlər. Təkcə iqtisadi addımlarla bu layihələr baş tutmaya bilər. Nəzərdə tutulan layihələr üçün işçi qrupları gücləndirilməli, yeni təsisatlar yaradılmalı, işlər daha sürətli aparılmalıdır. Hesab edirik ki, 2008-ci ilin dekabrında Odessa-Brodı layihəsinin texniki-iqtisadi əsaslandırılması layihəsi təqdimata hazır olacaq”.

Ukrayna prezidenti Bakı sammitinin təşkilinə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR