Bank Of Baku

Serj Sarkisyan Dağlıq Qarabağda, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində olub

Serj Sarkisyan Dağlıq Qarabağda, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində olub
# 17 noyabr 2008 09:39 (UTC +04:00)
Xankəndi – APA. Ermənistan prezidenti Serj Sarkisyan işğal altındakı Dağlıq Qarabağda olub. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, S. Sarkisyan Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə gedərək postda duran hərbçilərlə görüşüb, onların şəraiti ilə maraqlanıb. O, ermənilərin “Artsax Tiqranakerti” adlandırdığı yerə də baş çəkib və aparılan arxeoloji qazıntılarla tanış olub. Ermənistan prezidenti Xaçın-Ağdərə su kəmərinin və 47 hərbçi üçün tikilən mənzillərin istismara verilməsi münasibətilə keçirilən mərasimlərə də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR