Bank Of Baku

Macarıstanın xarici işlər naziri: “Azərbaycan hərbçisi Ramil Səfərovun ekstradisiyası imkanları var”

Macarıstanın xarici işlər naziri: “Azərbaycan hərbçisi Ramil Səfərovun ekstradisiyası imkanları var”
# 17 noyabr 2008 13:54 (UTC +04:00)
APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan Macarıstanın xarici işlər naziri Kinqa Qents deyib. O bildirib ki, R. Səfərovun Azərbaycana təhvil verilməsinin vaxtı çatarsa, bu məsələ hərtərəfli müzakirə olunacaq, çünki onun öz vətənində cəzasını çəkib-çəkməyəcəyinə dair ciddi şübhələr var.

Xatırladaq ki, erməni zabiti Qurgen Markaryanı öldürməkdə ittiham olunan R. Səfərov 2006-cı il aprelin 13-də Budapeşt birinci instansiya məhkəməsinin qərarı ilə ömürlük həbsə məhkum edilib. Hökmə əsasən o, 30 il ərzində əfv edilə bilməz. Macarıstan Apellyasiya Məhkəməsi 2007-ci ilin fevralında hökmü qüvvədə saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR