Bank Of Baku

Tehranda iki azərbaycanlı tələbə həbs olunub

Tehranda iki azərbaycanlı tələbə həbs olunub
# 18 noyabr 2008 07:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Tehran Pəyam Nur Universitetinin azərbaycanlı tələbələri Firuz Yusifi və Həşim Bərzgərzadə ölkədə milli ayrı-seçkilik salmaqda ittiham olunaraq, həbs olunublar. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, Tehran İnqilab Məhkəməsinin qərarı ilə noyabrın 9-da H. Bərzgərzadə, noyabrın 14-də isə F. Yusifi barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda hər iki azərbaycanlı tələbə İran xüsusi xidmət orqanlarına məxsus Tehranın “Evin” həbsxanasında saxlanılırlar. Ailələrindən bildirilib ki, azərbaycanlı tələbələr həbsxanada təzyiq və işgəncələrə məruz qalırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR