Bank Of Baku

Elmar Məmmədyarov: “Azərbaycan dünyada sülh və təhlükəsizliyin təminatına hər zaman öz töhfəsini verməyə hazırdır”

Elmar Məmmədyarov: “Azərbaycan dünyada sülh və təhlükəsizliyin təminatına hər zaman öz töhfəsini verməyə hazırdır”
# 18 noyabr 2008 07:40 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayan tərəflər hərbi sahədə də əməkdaşlıq üçün geniş imkanların olduğu və birbaşa təmasların artırılmasının vacibliyini bildiriblər.

ABŞ generalı Azərbaycanın sülhməramlı kontingentlərinin Əfqanıstan və İraqda sabitliyin təminatında rolunu yüksək qiymətləndirib və ABŞ-ın ölkəmizlə bu sahədə əməkdaşlığından məmnunluğunu ifadə edib.

E. Məmmədyarov Azərbaycanın dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə hər zaman töhfə verməyə hazır olduğunu, bu mənada ölkəmizin sülhməramlı kontingentinin İraq və Əfqanıstanda asayişin qorunmasında iştirakı barədə danışıb. O, xüsusilə Azərbaycanın bu istiqamətdə Əfqanıstandakı fəaliyyətinə diqqəti cəlb edərək, Əfqanıstanın mülki infrastrukturun bərpası, məktəblərin, xəstəxanaların inşası kimi layihələr həyata keçirdiyini bildirib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsi haqda da məlumat verərək, münaqişənin region üçün böyük təhdid olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR