Bank Of Baku

Səfir Boris Klimçuk: “Ukrayna ilə Azərbaycanın maraqları üst-üstə düşür”

Səfir Boris Klimçuk: “Ukrayna ilə Azərbaycanın maraqları üst-üstə düşür”
# 18 noyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ukrayna-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətindən danışan diplomat prezident Viktor Yuşşenkonun bu münasibətlərə əla qiymət verdiyini və qarşılıqlı əlaqələrin dinamik inkişaf etdiyini deyib. Ukrayna ilə Azərbaycanın maraqlarının üst-üstə düşdüyünü vurğulayan B. Klimçuk bildirib ki, prezidentlərin qarşıya qoyduqları vəzifə – ticarət dövriyyəsinin həcminin 1 milyard dollara çatdırılması vəzifəsi ilin sonuna kimi yerinə yetiriləcək: “Səkkiz ayın göstəricilərinə əsasən bu rəqəm 705 milyon dollar təşkil edir”. Səfir yaxın günlərdə Ukraynadan Azərbaycana 100 min ton buğda gətiriləcəyini açıqlayıb. B. Klimçuk hazırda Bakı ilə Kiyev arasında həftənin 5 günü təyyarə reyslərinin həyata keçirildiyini və bu uçuşların hər gün həyata keçirilməsinin planlaşdırıldığını söyləyib.

Bakıda keçirilmiş enerji sammitinin nəticələrinə toxunan B. Klimçuk əvvəlki 3 sammitdən fərqli olaraq, bu sammitin yekun Bəyannaməsini Avropa Komissiyasının da imzaladığına diqqət çəkib. Onun sözlərinə görə, növbəti sammitin gələn il yazın sonu-yayın əvvəlində Tiflisdə keçirilməsi nəzərdə tutulur. Ukraynada Azərbaycan neftinin emalı üçün zavod inşa edilməsi layihəsinə dair sualı cavablandıran səfir bu məsələ ilə bağlı bir neçə variant üzərində iş aparıldığını deyib: “Bu layihə Odessa-Brodı neft kəməri ilə bağlı ola da bilər, olmaya da”. Bakıya Ukraynada istehsal olunan “Boqdan” markalı 170 iri həcmli avtobusun gətirildiyini xatırladan B. Klimçuk ilin sonuna kimi daha 100 belə avtobusun gətiriləcəyini açıqlayıb.

Humanitar sahədə əlaqələrə də toxunan diplomat gələn ilin birinci rübündə Nizami Gəncəvinin əsərlərinin Ukrayna və Azərbaycan dillərində nəşr olunacağını qeyd edib. O, Ukrayna Azərbaycanlıları Konqresinin dəstəyi ilə bu yaxınlarda Ukrayna şairi Vasil Stusun “Kolımada kəklikotu qoxusu” adlı kitabının nəşr olunduğunu minnətdarlıqla vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR