Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun tədbirində iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun tədbirində iştirak edəcək
# 18 noyabr 2008 13:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Sabah NATO-nun Brüsseldəki mənzil qərargahında Avro-Atlantik Tərəfdaşlıq Şurasının Hərbi Komitəsinin Baş Qərargah rəislərinin illik toplantısı başlayacaq. Bu barədə APA-ya NATO-nun Brüsseldəki mənzil-qərargahından məlumat verilib. Alyansa üzv və tərəfdaş ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin iştirakı ilə keçiriləcək iki günlük toplantıya Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin rəisi də qatılacaq.

Toplantının gündəliyinə NATO tərəfindən aparılan əməliyyatlar, missiyalar, İSAF və KFOR, dəniz əməliyyatları və s. məsələlərin müzakirəsi daxildir. Baş Qərargah rəisləri, həmçinin 2009-cu ilin aprel ayında keçiriləcək NATO sammitinə çıxarılması nəzərdə tutulan məsələləri də müzakirə edəcəklər.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun da iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR