Bank Of Baku

Norveçin Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Norveçin Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
# 18 noyabr 2008 17:06 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfirə Norveç Xarici İşlər Nazirliyinin xarici radiostansiyaların Azərbaycandakı fəaliyyəti ilə bağlı cari ilin 12 noyabr tarixində verdiyi bəyanatla Azərbaycan XİN-nin qəti razılaşmadığı bildirilib. Norveç tərəfinin bəyanatının real vəziyyəti əks etdirmədiyi və məsələnin yalnız Azərbaycanın qanunvericiliyi çərçivəsində həll olunacağı diqqətə çatdırılıb. Səfirə deyilib ki, Norveç tərəfi öz bəyanatlarında daha diqqətli olmalıdır, çünki bu kimi hallar ikitərəfli münasibətlərin inkişafına xələl gətirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR