Bank Of Baku

Xələf Xələfov İranın xarici işlər naziri ilə görüşüb

Xələf Xələfov İranın xarici işlər naziri ilə görüşüb
# 19 noyabr 2008 13:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Xəzər dənizi məsələsi üzrə xüsusi nümayəndəsi Xələf Xələfov Tehranda İranın xarici işlər naziri Manuçöhr Möttaki ilə görüşüb. APA-nın İran KİV-inə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, hökumətlərarası komissiyanın fəaliyyətinə, o cümlədən Xəzər dənizinin statusu ilə bağlı aparılan danışıqlara dair fikir mübadiləsi aparılıb.

İkitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayan M. Möttəki Şimal-Cənub dəhlizinin əhəmiyyətinin artırılmasında Azərbaycanın rolunu xüsusi qeyd edib.

Görüşdə əlaqələrin 2009-cu ildə daha da genişləndirilməsinin zəruriliyi də vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR