Bank Of Baku

Azərbaycan parlamentinin nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransında iştirak edəcək

Azərbaycan parlamentinin nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransında iştirak edəcək
# 19 noyabr 2008 13:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransında iştirak etmək üçün sabah Türkiyəyə yola düşəcək. APA-nın məlumatına görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bununla bağlı keçirdiyi brifinqdə bildirib ki, parlamentin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinə millət vəkilləri və Milli Məclis aparatının rəhbəri daxildir. O, konfransın noyabrın 20-22-də keçiriləcəyini söyləyib: “Konfransda Parlament Assambleyasının yaradılması ilə bağlı müzakirə aparılacaq və sonda assambleyanın təsis sazişinin imzalanması mərasimi keçiriləcək. Assambleyanın baş katibliyinin yaradılmasının müzakirəsi də nəzərdə tutulub”. Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlamentinin nümayəndələri iştirak edəcək. A. Nəsirovun sözlərinə görə, Parlament Assambleyasında iştirakçı ölkələrin hər birindən təxminən 10 millət vəkilinin təmsil olunacağı gözlənilir. Həmin millət vəkillərinin seçilməsi prinsipi konfransda müəyyənləşəcək. A. Nəsirovun fikrincə, Özbəkistan və Türkmənistanın bu prosesdə iştirak etməməsi assambleyanın fəaliyyətinə mənfi təsir etməyəcək: “Bundan sonra yəqin ki, digər türkdilli dövlətlərin parlamentləri də bu quruma qatılacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR