Bank Of Baku

Devid Kremer: “Bizim marağımız Azərbaycanda fəal siyasi proses müşahidə etməkdir”

Devid Kremer: “Bizim marağımız Azərbaycanda fəal siyasi proses müşahidə etməkdir”
# 19 noyabr 2008 15:40 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Devid Kremer Azərbaycana iki günlük səfərinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, D. Kremer ölkə rəhbərliyi, qeyri-hökumət təşkilatlarının nümayəndələri, dini məsələlər üzrə mütəxəssislər, Milli Məclis üzvləri və siyasətçilərlə görüşlər keçirdiyini deyib. ABŞ-Azərbaycan münasibətlərinə yüksək qiymət verən qonaq bildirib ki, ikitərəfli əlaqələrdə enerji və təhlükəsizlik sahəsinə böyük diqqət yetirilir: “Mənim səfərimin məqsədi demokratiya və insan haqları sahəsinə diqqəti artırmaqdır”. Diplomat keçirdiyi görüşlərdə əsas müzakirə mövzularının mətbuat azadlığı və insan haqları ilə bağlı məsələlər olduğunu açıqlayıb. Onun sözlərinə görə, hökumət və müxalifəti təmsil edən siyasi partiyalarla keçirdiyi görüşlərdə müxtəlif səpkili fikirlər səslənib: “Bizim marağımız Azərbaycanda fəal siyasi proses müşahidə etməkdir. Bunun üçün müstəqil təsisatlar və müstəqil mətbuat olmalıdır”. ABŞ dövlət katibinin köməkçisi həbsdə olan jurnalistlərlə bağlı da fikir mübadiləsi apardığını vurğulayıb: “Prezident İlham Əliyevlə görüşdə mən onu əfv məsələsini yenidən nəzərdən keçirməyə dəvət etdim. Məndə elə təəssürat yarandı ki, prezident bu məsələyə yenidən baxmaq fikrindədir”.

ABŞ-ın yeni seçilmiş prezidentinin Azərbaycanda demokratiya məsələsinə fikir verib-verməyəcəyi ilə bağlı sualı cavablandıran diplomat Barak Obamanın keçid hökuməti adından danışa bilməyəcəyini deyib: “Amma bilirəm ki, yeni prezidentin prioritetləri arasında demokratiyanın inkişafı və insan haqları da olacaq və o, bu məsələyə ciddi diqqət ayıracaq”. Azərbaycanda prezidentlik müddətinin artırılması barədə səslənən təkliflərə münasibət bildirən D. Kremer hesab edir ki, bu, hökumət və parlamentin verəcəyi bir qərardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR